“MÜSAVATIN QƏRARGAHI NƏZARƏTƏ GÖTÜRÜLÜB” – Mətbuat xidməti

Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib.
 
Bu barədə APA agentliyinə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bildirib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək.
“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya və ya yürüş keçirməyə cəhd edərlərsə, bunun qarşısı tərəfimizdən qətiyyətlə alınacaq. Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”.
Öz növbəsində, Müsavat Partiyasının mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Bakı şəhər icra hakimiyyəti yürüşlə bağlı partiyanın müraciətinə hələ cavab verməyib.
 
Müsavat Patiyasının binasının qarşısı (Foto basta.info saytınındır)
“Buna baxmayaraq oktyabrın 17-dən Müsavat Partiyasının qərargahı polis nəzarətinə götürülüb. Polis qərargaha gələnləri saxlayaraq onların gəlişinin səbələri ilə maraqlanır. Hətta bir polis əməkdaşı sədr Müavini Yadigar Sadıqlını saxlayaraq gəlişinin səbələri ilə maraqlanıb. Hazırda da partiya qərargahının önünndə polis avtomobili dayanıb”, mətbuat xidmətinin əməkdaşı bildirib.
Müsavat Partiyası oktyabrın 21-də Bakıda etiraz yürüşü keçirəcəyi haqda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
Müsavatın mətbuat xidməti yürüşün kemçirilməyəcəyinə ucazə verilmədiyi təqdirdə icazəsiz aksiyanın keçirilib-keçirilməyəcəyi barədə qərarı Müsavatın Divanının verəcəyini bildirib.