Müsavatın deputatlığa namizədlərinin siyahısı açıqlandı - İSA QƏMBƏR BU DAİRƏDƏN NAMİZƏD OLDU

Baxış sayı:
3898

Müsavat Partiyası növbədənkənar parlament seçkiləri ilə bağlı namizəd siyahısını açıqlayıb. Muxalifet.az xəbər verir ki, bu barədə Müsavat Başqanı Arif Hacılı bu gün keçirilən toplantıda məlumat verib. Müsavat başqanı bildirib ki, artıq 78 seçki dairəsi üzrə namizədlərini müəyyənləşdirib: “Artıq 81 namizədimiz müəyyənləşib. Bundan sonra da namizədlərimizin irəli sürülməsi prosesi davam edəcək. 17 saylı Yasamal seçki dairəsindən hələlik namizədimiz yoxdur. Özüm isə 15 saylı Yasamal seçki dairəsindən namizəd ola bilərəm”. Partiyanın namizəd siyahısından tanınmış simaları təqdim edirik: İsa Qəmbər- 19 saylı Nərimanov birinci seçki dairəsi Arzu Səmədbəyli - 8 saylı Binəqədi birinci seçki dairəsi Nemət Kərimli- 9 saylı Binəqədi ikinci seçki dairəsi Gülağa Aslanlı- 10 saylı Binəqədi üçüncü seçki dairəsi Səxavət Soltanlı- 11 saylı Qaradağ seçki dairəsi Elman Quliyev- 12 saylı Qaradağ- Binəqədi- Yasamal seçki dairəsi Arif Hacılı- 15 saylı Yasamal seçki dairəsi Valeh Hümbətoğlu- 20 saylı Nərimanov seçki dairəsi Nəsiman Yaqublu- 24 saylı Nizami seçki dairəsi Fərəc Kərimli- 29 saylı Səbail seçki dairəsi Misir Məhəmmədoğlu-30 saylı Suraxanı birinci seçki dairəsi Mustafa Hacılı- 31 saylı Suraxanı ikinci seçki dairəsi Nüşabə Sadıqlı- 33 saylı Xətai birinci seçki dairəsi Könül Alı- 41 saylı Sumqayıt seçki dairəsi İkram İsrafilov- 43 saylı Sumqayıt üçüncü seçki dairəsi