Müsavatçı xanımın oğlunun MEYİTİ TAPILDI: 2 gün sonra - FOTO

Baxış sayı:
1254

Xəzər dənizində iki gün əvvəl batan “Müsavat” partiyasının üzvü Laləzar Məmmədlinin oğlu İlham Rəsulzadənin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Muxalifet.az-a verilən məlumata görə, iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb. 
İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İlham Rəsulzadənin meyiti tapıldı- 2 gün sonra (FOTO)

İlham Rəsulzadənin meyiti tapıldı- 2 gün sonra (FOTO)