​Müsavatçı gənc həbs olundu

Müsavatçı gənc Elvin Paşayev saxlanılıb. Musavat.com xəbər verir ki, bu barədə vəkil Nemət Kərimli bildirib.
Elvin Paşayev Müsavatın Qubadlı rayon təşkilatının və partiyanın gənclər təkilatının üzvüdür. Sumqayıt sakinidir. O, Sumqayıt Dövlət Universitetinin məzunu, ixtisasca filoloqdur. “Hədəf” hazırlıq kursunda müəllim işləyir.
Elvin Paşayev narkotik maddələrin satışında ittiham olunub və barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib.