Musavat “Yaşasın Respublika!” şüarı ilə mitinq keçirdi

  FUAD ƏLİ: - Bu konstitutsiya dəyişikliyi ilə Əliyevlər ailəsi qeyri resmi  
                      olaraq öz manarxiya hakimiyyətlərini quracaqlar                     
 
 
Bu gün Musavat partiyası Bakıda, Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda mitinq keçirir. Mitinqin məqsədi 26 sentyabrda  keçiriləcək referenduma etirazdır  çünki prizident Ilham Əliyev öz selahiyyətlerini artirmaq istəyir. Mitinq təyin oldunduğu vaxtda  saat 15.00-da başladı.  Mitinqə  Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət həyata keçirilirdi. Qeyd edək ki polis mitinqə müdaxilə edərək cox sayda insanının mitingə gəlməsinə manələr yaradarag "Məhsul"  stadionuna tərəf gələn yollararı bağlamışdır. Hətta mitingə gələnlərdən  xeyli sayda insan  polisə müqavimət adı altınta polis tərəfindən həbs olunmuşdur. Baxmayaraq ki mitinq Bakı şəhəri İcra hakimiyyəti ilə razılaşdırılıb. Mitinqə aparıcılığı Musavat Partiyasının başqanının müavini Səxavət Soltanlı edirdi. Müsavat partiyası  başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri  və Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov, Müsavat pariyası başqanının müavini Gülağa Aslanlı mitinqdə çıxış etdilər. Mitinqə tanınmış ictimai-siyasi xadimlər,  siyasi fəallar, keçmiş daxili işlər naziri və siyasi məhbus İsgəndər Həmidov,  keçmiş dövlət katibi Pənah Hüseyn və digərləri də qatılmışdırlar. Mitinqdə iştirak edənlər arasında cox sayda  və siyasi fəallar var idi belə siyasi fəallardan biri də Müsavat partiyasının referendumla bağlı təbliğat qruplarından birinin rəhberi  olan siyasi fəal Fuad Əli( Ələsgərov) qəzetimizin ona ölkədəki mövcud siyasi vəziyyətlə bağlı verdiyi  suallarinı cavavablandıraraq bildir ki, ölkədə ağır siyasi və iqtisadi durum müşahidə olunur. Ölkənin bu vəziyyətdən çıxarmaq üçün islahatlar keçirilməlidir. İslahatlarla həm siyasətdə, həm də iqtisadiyyatda monopoliyaya son qoyulmalıdır. Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Müxalifətçilər Əliyevlər rejimi  tərəfindən özlərinə və ailələrinə qarşı olan təzyiqlərə baxmayaraq  İlham Əliyev hakimiyyətinə  qarşı mübarizəni davam etdirir. Həbsdə olan siyasi məhbuslar azadlığa buraxılmalıdırlar çünki bu insahlar hamısı günahsız hebs olunublar və ölkədə mövcud olan  Əliyevlər rejimində hər bir müxalifətçinin riski var ki  gunahsiz olaraq  bu rejim tərəfindən həbs olunsun.   Daha sonra  Fuad Əli( Ələsgərov) qeyd etdi ki biz Müsavat partiyası olaraq və digər  həqiqi  müxalifət partiyaları və bütövlükdə Azərbaycan xalqı bu iqtidarın hakimiyyətdən getməsini istəyirik və Azərbaycanda  azad və demokratik  cəmiyyətin qululmasını istəyirik necə ki Avropa da var. Daha sonra Fuad Əli bildir ki, bu günki mitinqin tələbləri əsas olaraq  referendumla bağlıdır və mən bildirmək  istəyirəm ki, biz respublikanın tərəftarıyıq  iqtidarın  referendum aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir. Konstitutsiyada bu cür dəyişikliklər etməklə  İlham Əliyev  Azərbaycan da  hakimiyyətin tək sahibi olacaq və beləliklədə  bu konstitutsiya dəyişikliyi ilə Əliyevlər ailəsi qeyri resmi olaraq öz manarxiya hakimiyyətlərini quracaqlar. Mən düşünürəm ki bu referendum seşkiləri də əvvəl ki seçkilər kimi saxtakarlıqla keçiriləcək. Artiq bu saxtakarliq prosesinə hökumət indidən start verib. Mənim fikirimcə  bu referendumdan sonra İlham Əliyev öz həyat yoldaşı olan  Mehriban Əliyevanı və yada ailəyə yaxın olan kimisə 1 ci vitse prezident postuna təyin edəcək  və olabilsin ki, 2018 ci ilin prezident seçkilərində İlham Əliyev öz namizədliyini vermeyecek əvəzində Mehriban Əliyevanın namizədliyi veriləcək və onu prezident edəcəklər və belə olan halda da İlham Əliyev 1 ci vitse prezident və ya baş nazir olacaq  yeni yerdəyişmə oyunu edəcəklər  necəki Rusiyada Putin və Medvedev etmişdirlər. Ancaq bu iqtidar  onu da bilməlidir ki biz  müsavatçılar və digər müxalif partiyadan olan müxalifətcilər və bütövlükdə Azərbaycan xalqı bu diktator rejimə qarşı mübarizə aparacağiq və  ”Resbublikacılar”təbliğat grupu olaraq bu referenduma yox deyirik və xalqı bu dəyişiklərə səs verməməyə və bu referendumu baykot etməyə çağırırıq. Daha sonra Fuad Əli dedi ki, qoy İlham Əliyev və onun ailəsi  Cex Respublikasında   aldiqdiqları bahalı mülklər evlər  və şirkətləri haqqında xalqa açıqlama versinlər görək bu milyonlarla dollar dəyərində olan əmlakı hansı pullarla alıblar. Fuad Əli geyd etdi ki, butun bu deyilən qanunsuzluqların qarşısını almaq, söz azadlığını, demokratiyanı, serbest toplaşmaq azadlığını, mətbuat azadlığını, təmin etmək üçün xalqın demokratik yolla seçdiyi bir hakimiyyət olmalıdır. İdi isə Azərbaycanda yarı  avtoritar və diktator bir rejim var və bu onu göstərir  ki  bizim bu ölkədə heç bir güvənimiz yoxdur yəni istənilən an hər bir insanı və ya  müxalifətçini günahsız olaraq həbs edə bilərər, çünki ölkədə demokratik inistutlar yoxdur,  məhkəmələr azad deyil  və azad olmayan məhkəmələr heç bir zaman ədalətli qərar çıxara bilməz. Fuad Əli davam edərək  bildirdi, ki qanunlar işləmir Azərbaycanda qanunlar ancaq kağız üzərindədir və  aşağıdan yuxarıya kimi bütün dövlət strukturları karuppsiyalaşıb.
Qiyas İbrahimovun  məhkəmə  işi ilə bağlı Fuad Əlinin də ( Ələsgərov) bu işlə bağlı adının ağır cinayətlərə dair məhkəmədə şahid qismində keçdiyinə dair qəzetimizin  sualını  Fuad Əli            (Ələsgərov) cavablandıraraq bildirdi ki o, ilk dəfə olaraq bu barədə mediada açıqlama veririr . Fuad Əli qeyd etdi ki  həqiqətəndə də mən  12 mayda Nəsimi  rayon  polis idaresinə cağrıldım  və idarənin polis əməkdaşları  mənə dedilər ki polis tərəfindən  Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin,  və onun yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb və məndən iradəmə zidd olaraq fiziki və psixoloji təziq və təhdid altında, zorla Qiyas İbrahimov əlehinə ifadə alıbdılar  və mən sizin qəzetiniz vasitəsi ilə bildirmək istəyirəm ki mən həmin şahid ifadəsindən imtina edirem cünki hemin şahid ifadesi məndən zorla olaraq  mənə qarşı  fiziki və psixoloji təziq  göstərilərək və təhdidlər edilərək  alınıb. Daha sonra Fuad Əli  qeyd etdi ki  Qiyas İbrahimova qarşı olan narkotik ittihamı yalandır Azərbaycanda hamı bilir ki Qiyas siyasi səbəbdən və indiki Əliyevlər rejiminə qarşı olduğu üçüçn tutulubdur və ona qarşı olan ittihamların hamısı saxtadır və bu saxta  ittihamlar bir başa İlham Əliyev igtidarının sifarişi ilə yerinə yetirilir
 Ola bilsin ki, siz mənim bu dediklərimi çap etdikdən  və ya internetdə  yaydıqdan sonra   gəlib məni həbs etsinlər çün ki Azərbaycanda söz və fikir azadlığı, demokratiya  yoxdur heç kəsin haqqı yoxdur ki Əliyevlər hakimiyyətini tənqid etsin və ya öz haqqını  bu hakimiyyətdən tələb etsin.Təsüff ki bu bizim öləmizdə mövcud olan acı reallıqdır.
Mitinqin sonunda  Müsavat partiyası bəyan etdi ki, partiyanın  Bakı,  Salyan, Neftçala, Abşeron, Bərdə  və Tərtərdən olan  üzvləri polis tərəfindən saxlanılıb. Partiyanın Şirvan şəhər üzrə "sədrinin atasını polislər saxlayıblar". Cox sayda müsavatçıya  bu günki mintinqə  qatıldıqlarına görə  ailəlırinə və qohumlarına qarşı  polis tərəfindən təziqlər olmasına dair məlumatların partiyaya daxil olduğu bildirildi. Daha sonra mitinq iştirakçılarına məlumat verildi ki  bütün  bu  təziqlərlə  bağlı   Müsavat partiyası Daxili İşlər Nazirliyindən  izahat istəyib lakin Daxili İşlər Nazirliyindən bunlarla bağlı   hər hansı şərh  və açıqlama almaq mümkün olmayıb.
Kamil Həsənov
Fotolar:  Azər İbramov