Müsavat Partiyası yürüş keçirmək istəyir

Müsavat Partiyası oktyabrın 21-də saat etiraz yürüşü keçirəcək.
 
 Yürüş “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” şüarları ilə keçiriləcək.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, Müsavat Partiyası artıq Bakı şəhər İcra Hakimiyyətinə aksiya ilə əlaqədar rəsmi müraciət göndərib.
Müsavat Partiyası metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan başlayaraq Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər olan marşrutlardan birində yürüş keçirilməsini təklif edir.