Müsavat jurnalistin dərhal azad edilməsini tələb edir - BƏYANAT

Müsavat Partiyası Azərbaycan hökümətinin tənqidçisi jurnalist Əfqan Muxtarlıya qarşı baş verənləri qanunsuz sayır.
Partiya Tbilisidə saxlandığı halda guya sərhədi pozması kimi absurd ittiham verilməsini inanılmaz riyakarlıq hesab etməklə, xüsusi xidmət orqanlarının Gürcüstan ərazisində keçirdiyi həbs əməliyyatını və ona qarşı münasibəti vandalizm hadisəsi kimi qiymətləndirir. Bu baxımdan, Azərbaycan hakimiyətindən jurnalistin dərhal azad edilməsini tələb edir.
Muxalifet.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.
Müsavat Partiyası eyni zamanda Gürcüstan hökümətinin jurnalist Əfqan Muxtarlıya qarşı törədilən bu cinayət hadisəsinin ciddi araşdırılmasını gözlədiyini bildirir.