Müsavat BŞİH-nin qarşısında piket keçirəcək

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya verilən məlumata görə bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
 
3 noyabr 2017-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti binası qarşısında etiraz piketinin keçirilməsi barədə qərar qəbul olunub.
Son günlər bəzi vəkillərin öz peşə borclarını yerinə yetirərkən üzləşdikləri maneələrə münasibət bildirilib. Vəkillər – Nemət Kərimli və Elçin Sadıqova öz müvəkkilləri ilə görüşərkən Bakı 1 saylı İstintaq təcridxanası əməkdaşları tərəfindən edilən təzyiqlər, onların öz müvəkkilləri ilə münasibətlərindəki gizlilik prinsipinin pozulması Divan tərəfindən pislənilib.
Müsavat Divanı eyni zamanda vəkil Aslan İsmayılova qarşı qaldırılmış cinayət işinin ifadə azadlığına qarşı qisasçılıq kimi qiymətləndirib.