​"Müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz" – MSK SƏDRİ

Baxış sayı:
2485

"Hər kəs istənilən məsələ barədə MSK və qurumun qaynar xətti ilə əlaqə saxlaya bilər".
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, səsvermədə hər kəsin hüquqları gözlənilməlidir: "Axırıncı seçici məntəqəni tərk etdikdən sonra məntəqədə qapı bağlanmalıdır. Seçki məntəqələri saat 7-də bağlanacaq. Məntəqədə olan müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz".