​Musa Yaqubun vəfatı ilə bağlı xəbər yalan çıxdı - YENİLƏNİB

Baxış sayı:
4669

Xalq şairi Musa Yaqubun vəfatı ilə bağlı xəbər yayılıb. 
M.Yaqubun qızı Yaqut Yaqub Oxu.Az-a açıqlamasında xəbərin yalan olduğunu bildirib.
Qeyd edib ki, dünən 82 yaşlı şairin təzyiqi qalxıb, lakin hazırda səhhəti yaxşıdır. 
“Atam özünü əvvəlkindən də yaxşı hiss edir”, - deyə şairin qızı vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev Musa Yaquba “Xalq şairi” fəxri adı verilməsi ilə bağlı sərəncam imzalayıb.

***

Xalq şairi Musa Yaqub dünyasını dəyişib.
Bu barədə Unikal.org-a mərhumun yaxınları məlumat verib.
Qeud edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub. (1978-?).
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb.
1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.
Musa Yaqub uzun müddət idi Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!