Musa Yaqub və Sabir Rüstəmxanlı keçi pendiri ilə şərab içdi - FOTOLAR

Baxış sayı:
10522

Bir müddətdir səhhətində problem olan  Musa Yaqub Xalq şairi Sabir Rüstəmxanlını Bakıdakı evinə qonaq dəvət edib.

Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, şairlər birgə masa arxasında şərab içiblər.

Bu barədə xalq şairi Sabir Rüstəmxanlı sosial şəbəkədəki hesabında məlumat paylaşıb:

"Bu gün Yardımlıdan geri dönərkən qəfildən görkəmli şairimiz, əziz dostum Musa Yaqubdan zəng gəldi. " Hardasan?" "Yardımlıdan qayıdıram" - dedim. "Mən də Bakıdayam. Görüşək." - dedi. Səsi saglam idi. Axşam evinə getdim. Qarşıma axsaya-axsaya, əli əsalı çıxdı.
Sonuncu görüşümüzdən sonra xeyli dirçəlmişdi. Gülə-gülə" şükür, yaxşısan!, bu Əzrayıl müəllim, bilmir ki, şairləri bu həyatdan qoparmaq o qədər də asan deyil..." - dedim. Üz-üzə oturmuşduq. Gah mənə, gah əlindəki əsaya baxıb "görürsən də bu əsanı, o boyda meşələrim bizə hədiyyəsi..."- deyə gülümsədi. Bu acı bir həqiqətdi. "Deyirsən yəni bit ömür gözəlliyindən yazdığımız o meşələrdən, o çökəlgərdən, o vələslərdən bizə çatan quruca bir budaqdır?" Fikrimi təsdiq edərək əsanı əlində oynada-oynada yenicə doğulan misralarını pıçıldayır...Həmişə olduğu kimi, ölkənin və cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını paylaşır. Söhbətimizin axırında "bu boyda stajımızı batıra bilmərik" deyib asta-asta mətbəxə keçdi.

Bir azdan Musa: "Sən bir bunun adına bax e!"- deyib " Sevgilim" şərabını masanın üstünə qoydu. Yanında da keçi pendiri... Vəssalam. Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə bilərdi?"