“Mursini seçildiyi gün qətl etdilər” – Misirli nazirdən şok açıqlama

Baxış sayı:
7741

Misirdə hərbi çevrilişdən əvvəl Məhəmməd Mursinin kabinetində İnformasiya naziri olan Selahaddin Abdulmaksut önəmli açıqlamalar verib. Mursinin sistematik işgəncəylə şəhid edildiyini söyləyən Misirli keçmiş nazir, "Dövlət başçısımız Mursiyə 6 il boyunca işgəncə edildi. Daha ilk həbs olunduğu dövr özünü zindanda öldürmək üçün planlar hazırlandı. İşgəncəylə qətl etmə prosesinə Səudiyyə, İsrail və BƏƏ də daxil oldu" deyib. Abdulmaksut Mursinin 'seçildiyi gün qətl edilməsinin' də xüsusi mesaj xüsusiyyəti daşıdığını ifadə edib. Qeyd edək ki, Məhəmməd Mursi 16-17 iyun 2012 tarixində keçirilən prezident seçkilərinin ikinci mərhələsində səsverənlərin 51.7 faizini alaraq ölkənin seçilmiş ilk lideri olmuşdu. "HAKİMLƏRİN HAMISI PİYADADIR" General Abdulfettah Sisinin qanuni rəhbərliyə qarşı etdiyiçevriliş cəhdində xarici ünsürlərin əhəmiyyətli yer tutduğuna vurğu edən Abdulmaksut, xunta hakimlərin tərəfindən icra edilən 6 illik məhkəmə prosesinin sadə bir teatrdan ibarət olduğunu ifadə edib. "Mursi həm kabinet yoldaşım, həm də dostum idi. İslam dünyası böyük bir dəyərini itirdi. O inandığı iddia uğrunda qatillərlə əməkdaşlığı rədd edən gözəştsiz mövqeyi ilə nümunə oldu. Özünü mühakimə edən çevrilişçi xuntaya meydan oxudu. Mursi və digər yoldaşlarımızın mühakimə olunma prosesində xuntanın təyin etdiyi hakimlər piyada olaraq istifadə edilir. Fərqli mərkəzlərdən alınan əmrləri tətbiq edirlər' deyən Abdulmaksut bunları söyləyib: "İSRAİL, BƏƏ VƏ SƏUDİYYƏ ÇEVRİLİŞİN İÇİNDƏ OLDU" "Qardaşım Mursi 6 illik həbs dövründə ailəsiylə yalnız 2 dəfə görüşdürüldü. Böyük 6 il boyunca tək başına qaldığı kiçik kamerada bədəni və ağlına olduğu kimi, ruhuna da əziyyət etdilər. Mursi şəhid olduğunda 'Fələstin və Qətər casusu” kimi gülməli bir ittiham ilə mühakimə olunurdu. 2012-ci ildə vəzifədə ikən İsrailin Qəzzaya yönəlik hücumunda tarixə keçən bir çıxış etmiş və İsrailə belə meydan oxumuşdu: 'Əgər İsrail bombardman və işğallara son verməzsə, Misir xalqının qəhredici gücünü görəcək. Şəhid liderin məhz bu sözləri, Qətər rəhbərliyi və Rəcəb Tayyib Ərdoğan ilə olan dostluğu 'xəyanət ünsürü' olaraq görüldü. İsrail, BƏƏ və Səudiyyə çevriliş və sonrakı prosesin həmişə içərisində oldular. Mursiyə məzlumların yanında olmasının hesabını sordular. Mursi seçildiyində prezident sarayına daşınmadı və kirayədə oturduğu evdə yaşamağa davam etdi. Vəzifədəykən heç maaş almadı. Kasıb dostu idi. Son dərəcə şəffaf və dəqiq bir şəxsiyyətə sahib idi. Misir xalqı və ümmətin rifahı idi gündəmi. Sisi və arxasında dayanan qaranlıq ittifaq məhz belə bir vətən övladını qətl etdi. İslam dünyasının ona göstərdiyi sevgi tək təsəllimizdir. Müsəlmanlar bu çərşənbə gününü quru çərşənbə elan etdi. Mursinin şəhidliyi bir çox şeyi dəyişdirəcək. Bu səbəblə cənazəsi belə Sisi və müttəfiqlərini qorxutdu. Nəşini səhər tezdən bir neçə adamla dəfn etdirdilər. Misir bu qaranlıq dövrdən çıxacaq. Mursi bu müqəddəs şəhidliyi ilə bir məşəl oldu və nə qədər nəsillər bu işıqla işıqlanacaq inşallah". Müxalifət.az