Mursini huşsuz vəziyyətdə 20 dəqiqə yerdə saxlayıblar: ÖLMƏYİNİ GÖZLƏYİBLƏR

Baxış sayı:
8542

Misir xuntasının başçısı general Sisinin zülmü altında illərdir haqsız yerə həbsxanada tutulan Məhəmməd Mursinin şəhid olduğu məhkəmə salonunda huşsuz vəziyyətdə 20 dəqiqə boyunca gözlədildiyi və heç bir ilk yardımın edilməsinə icazə verilmədiyi iddia edilib.
 
Sisi diktatorluğunun nəzarəti altındakı Misir dövlət televiziyasının Mursinin ölümünün səbəbini infarkt olaraq bəyan etməsi ağıllardakı şübhələri aradan qaldırmadı. Ancaq Mursinin ölümünün şübhəli olduğu və Sisi xuntası tərəfindən şəhid edilmiş ola biləcəyi irəli sürülüb.
 
20 dəqiqə gözlətmişlər!
 
“Independent”-in Mursinin yaxınlarına söykədiyi xəbərə görə, şəhid lider casusluq ittihamı ilə çıxarıldığı məhkəmə salonunda qəfəsin içərisində tutulurdu. Birdən halı pisləşərək yerə yıxılan Mursi, uzun müddət qəfəsin içərisində gözlədilərək kimsənin müdaxilə etməsinə icazə verilməyib.
İlk yardımın nizamlı bir şəkildə olunmadığı Mursi, huşsuz vəziyyətdə yerdə 20 dəqiqə boyunca gözləyib. Edilən yardım çağırışlarına da cavab verməyən məhkəmə səlahiyyətliləri Mursinin göz görə görə şəhid olmasını izləyib.
Sisinin zülmü altında şəhid olan Mursinin təzyiq və şəkər xəstəliyi ilə yanaşı, qaraciyər xəstəliyi və başqa sağlıq problemlərinin də olduğu bilinirdi.
Müxalifət.az