​MURSİ AİLƏSİ: Hakimiyyət məsuliyyət daşıyacaq...

Misirdə hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan və paytaxt Qahirənin cənubunda yerləşən Tora həbsxanasında saxlanılan keçmiş prezident Məhəmməd Mursinin səhhəti pisləşib.
Muxalifət.az xəbər verir ki, Mursinin oğulları bu barədə sosial şəbəkə hesablarında hakimiyyətə etirazlarını bildiriblər.
 “4.5 ildir həbsdə olan atamın səhhətinin pisləşməsinə baxmayaraq zəruri tibbi xidmətlərin göstərilməməsində təkid edirlər”, - keçmiş prezidentin böyük oğlu Əhməd Mursi bildirib.
Məhəmməd Mursinin kiçik oğlu isə atasının şəkər xəstəliyinin xeyli dərəcədə ağırlaşdığını və sol gözündəki problemlə əlaqədar özəl xəstəxanada əməliyyat olması gərəkdiyini açıqlayıb.
Mursi ailəsi keçmiş prezidentin həyatı üçün məsuliyyətin ölkə rəhbərliyinin üzərində olduğunu bildirib.
Qeyd edək ki, Misirdə 30 illik Hüsnü Mübarək rejiminin 2012-ci ildə devrilməsindən sonra seçki yolu ilə seçilən ilk prezident olan Məhəmməd Mursi Müsəlman Qardaşları hərəkatının üzvü olub.