​Murad və Tuba yenidən bir arada

Baxış sayı:
1513

2007-ci ildə "Asi" serialında baş rolları paylaşan aktyor Murat Yıldırım və aktrisa Tuba Büyüküstün yenidən bir araya gələcək.
Yeni ekran işi üçün Murat artıq razılığını verib. Tubanın da "Hə" cavabı verəcəyi deyilən serialın yaxın vaxtlarda çəkilişinə başlanacağı bildirilir.
Qeyd edək ki, 11 il öncə çəkilən "Asi" böyük tamaşaçı kütləsi toplamışdı. Ekran işi nəinki Türkiyə, eyni zamanda, Qazaxıstan, Makedoniya, Özbəkistan, Kosova, Azərbaycan, Rumıniya, Ukrayna kimi ölkələrdə yayımlanmışdı.