​"MÜQƏSSİR SİZSİNİZ!" - İran Səudiyyə Ərəbistanını İTTİHAM ETDİ

Baxış sayı:
5515

İran Səudiyyə Ərəbistanını Hızıstan əyalətinin Əhvaz şəhərində baş vermiş, 25 nəfərin həlak olduğu terror hücumunu təşkil eləməkdə ittiham edib.
İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xosrov BMT-nin baş katibi Antonio Quterres ilə BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Əhvaz şəhərində terror hücumunun təşkil edilməsinə görə Səudiyyə Ərəbistanını ittiham edib. Xosrov Səudiyyə Ərəbistanını İrandakı terror qruplarını dəstəkləməkdə günahlandıraraq bildirib: “Səudiyyə Ərəbistanı krallığının İranın təhlükəsizlik və iqtisadiyyatına qarşı dağıdıcı planları olduğuna dair kifayət qədər dəlil var”.
Sentyabrın 22-də İranın Əhvaz şəhərində və iyunun 7-də Tehranda baş vermiş hücumların Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyini iddia edən Qulaməli Xosrov Səudiyyə Ərəbistanının Yəməndə xəstəxana, məktəb və tarixi yerləri hədəfə alaraq “sistemli şəkildə cinayət törətdiyini” və bölgədə sabitliyi pozduğunu bildirib.