MÜQƏDDƏS ŞƏHƏRDƏ TANRI VƏ QEYSƏR SAVAŞI – Ərəb dünyasının xristian liderləri niyə belə acizdir?

Baxış sayı:
4720

Səmimi olmalıyamsa, Qüdsdəki Müqəddəs Məbədi heç vaxt sevməmişəm.
Əslən İordaniyadan və dinin təəssübkeşi olan bir erməni kimi, bu kilsənin (ərəbcə adı “Kənisət əl-Qiyamə” və ya Diriliş Kilsəsi) İsa Məsihin çarmıxa çəkilmə, göyə ucalma və diriliş yeri olduğuna dair əksər xristianların əqidəsini bölüşürəm. Ancaq hər dəfə kilsəyə girdikdə, həqiqi mənada, boz, haray-həşirli və ürəkaçmayan bir yerə ayaq basmışam, çünki bu məkan xristian məzhəbləri arasında tez-tez baş verən fikir ayrılığı və dalaşma yeridir.
Nəzərdən qaçırdığım əqidə evlərini birləşən mənəviyyatdır. Əslində, 1990-cı illərdə vasitəçi kimi Qüdsdə olduğum vaxtlarda, dostlarım və ya həmkarlarımı, tez-tez, fikrimcə, daha canlı ruhani atmosferi olan digər kilsələrlə tanış edirdim.
Ancaq şəxsi istəklərimə baxmayaraq, İsrail hakimiyyət orqanları ilə yunan pravoslav, erməni apostol və fransiskan katolik kilsələri arasında sonuncu mübahisə yarananda, mən də hirsimdən partlayırdım.
Üç kilsənin lideri etiraz əlaməti olaraq Müqəddəs Məbədin qapılarını bağlamaq qərarı verdi.
Mübahisə İsrail hökumətinin iki ayrı siyasətindən irəli gəldi.
Birincisi, Qüdsün bələdiyyə başçısı Nir Barkat, Müqəddəs Şəhərdəki kilsə vəqfləri cəzalandırmağa və keçmiş tarixdən vergi tətbiq etməyə çalışdı. Bələdiyyə qurumu iddia etdi ki, üç xristian məzhəbinin ibadət yerləri sayılmayan əmlaklarına qoyulan vergilərdən təxminən 186 milyon şekel (ya da 53 milyon dollardan çox) borcu yığılıb.
İkincisi, İsrail Qanunvericiliyinə dair nazirlik Komitəsi İsrail hökumətinə Qərbi Qüdsdə icarəyə götürülən kilsə mülkiyyətini ələ keçirmək hüququ verən "Kilsə torpaqları qanunu"nu qəbul etməyə cəhd göstərir.
Əksər Avropa ölkələrində, o cümlədən Almaniyada kilsələrə vergi tətbiqi qeyri-adi məsələ deyil və dini icma üzvlərinə kilsələrə verdiyi ianə əvəzinə, vergisini ödəməyə icazə verilir; bu məbləğ gəlir vergisindən çıxılır.
Beləliklə, bəzi açıq-aydın faktlar olmasaydı, İsraildə də bunun tətbiq olunması prinsipinə qarşı çıxmazdım:
Birincisi, bu tədbirlər kilsələrə birtərəfli və gecə, hər hansı məsləhətləşmə və ya “yol xəritəsi” ola biləcək razılıq, əvvəlcədən məlumatlandırma cəhdi olmadan tətbiq olundu. Bu, yalnız adi danışıq normalarına zidd deyil, həm də maliyyə (fiskal) cəzalandırmadır.
İkincisi, vergilər retroaktiv olmağı nəzərdə tuturdu ki, bu da İsrail hüququ üçün qeyri-adi idi. Heç bir kilsə bu qədər böyük miqdarda ödənc edə bilməz, çünki bu vəsaitdən milyonlarla insan istifadə edir, həm də onların torpaq satın alma haqqı belə İsrail qanunvericiliyi ilə ciddi şəkildə məhdudlaşdırılıb.
Üçüncüsü, Qüds kilsələri və İsrail dövləti arasındakı maliyyə məsələləri Müqəddəs Taxt-Tacla davam edən danışıqlar və müqavilələrin bir hissəsidir.
Beləliklə, Qüds bələdiyyə başçısı bu dini qurumlara imperativ qaydada və lazımi məsləhətləşmə olmadan xəbərdarlıq etməməli idi.
Nəhayət, kilsə və dövlət əlaqələrinə aid olan məsələlərin Osmanlı dövrünə aid olan status-kvo razılaşmasına tabe olduğunu unutmamalıyıq. Bu fərman 1757-ci ildə III Sultan Osman tərəfindən verilib, Britaniya və İordaniya hökmranlığı dövründə qüvvədə qalıb və 1967-ci ildən bəri İsrail tərəfindən də əməl olunur.
Hazırkı mərhələdə ümumiyyətlə bu cür tələbin tətbiqi sual doğurur: bu, yalnız maliyyə qərarıdır, yoxsa əksinə, İsrailin kilsələr hesabına öz siyasi hakimiyyətini yüksəltmək cəhdi?
Qüds kilsələri ilə İsrailin siyasi və bələdiyyə orqanları arasındakı əlaqələr hər zaman gərginliklə müşahidə edilib. İsrail işğalı tez-tez xristianlar – həm də müsəlmanlar – istər vicdan əzabı, istərsə də dini qurumlar və onların davamçılarına qarşı tətbiq edilən vəhşilik və ya ayrı-seçkilik prinsipləri ilə təzyiqlərə məruz qalıb.
Nəzərə alın ki, müqəddəs torpaqdakı müsəlman qonşuları kimi, məsihilərin də işğala qarşı olduğunu İsrail dövləti həzm etməkdə çətinlik çəkir. Bu müşahidə ABŞ-da çox sayda yevangelist xristianın siyasi cəhətdən İsrailə bağlı olması və tez-tez ərəb-xristianlarla ziddiyyətdə olmasını əlavə etməklə aktuallaşır.
Xatırladaq ki, yanvar ayında Beytül-ləhmdəki kilsəni ziyarət etmək istədikdə, Qüdsdəki xristian kilsə rəhbərləri ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşməkdən imtina edib.
Bir tərəfdən, yerli xristianlar (müsəlmanlar), digər tərəfdən, israillilər arasındakı münaqişənin, bu qəfil tədbirlərin baş nazir Benyamin Netanyahunun ciddi korrupsiya ittihamı ilə üzləşdiyi zamanda baş verməsi də maraqlıdır. Qüdsün bələdiyyə başçısı öz siyasi partiyasının mövqeyini göstərirdimi? Bu, Barkatın siyasi arenaya atılma cəhdi idimi?
Müqəddəs torpaqdakı həmkarları ilə həmrəyliklərini ifadə etməkdən çəkinən Ərəb dünyası xristian liderlərinin laqeydliyi də eyni xarakter daşıyır. Dəstək Qərbi Avropa və ABŞ-dakı kilsə və dini təşkilatlardan gəldi.
Maraqlıdır, bu, Ərəb dünyasında olan kilsənin rəhbərlərin İsrail ilə eyni yataqda olan siyasi liderlərin qəzəbləndirməmək üçün ağızlarını açmaq qorxusundan irəli gəlir?..
Ancaq mənim üçün daha mənalı olan fakt – kilsələrin ictimai etirazından sonra israillilərin təcavüzkar tədbirləri dayandırmasıdır.
Əvvəl-axır Pasxa ərəfəsidir və israillilər Müqəddəs Məbədi ziyarət edə bilməyən çox sayda zəvvarla kəllə-kəlləyə gəlmək istəmədilər.
Bu, özünü yenilməz hesab edən İsrail hakimiyyətinin məğlubiyyətinə nadir nümunədir. Bundan başqa, fələstinlilərin İsraili güclü, şiddətsiz müqavimətlə dayandıra biləcəyini göstərir.
Keçən il müsəlmanlar İsrailin Məscid əl-Əqsaya metal detektorları və kameralar quraşdırmaq qərarına çox müxalif oldular və indi xristian etirazları ilə bu yenidən baş verdi.
Qüds bütün üç İbrahimi dinin müqəddəs şəhərdir. Beləliklə, Tanrı və Qeysər arasındakı bu münaqişədə fələstinlilər Davudun Calutu məğlub etdiyi Bibliya hekayətindən güc qazana bilərlər. Əgər bunu əvvəllər etmək mümkün olubsa, sözsüz ki bu gün də edilə bilər.
Tərcümə: Strateq.az