​“Müqaviləyə əməl edəcəyik, lakin bir şərtlə!” - ABŞ ÇOX HİDDƏTLƏNƏCƏK

Baxış sayı:
7570

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, ötən həftənin axırında Avropa Komissiyasının enerji məsələləri üzrə məsul şəxsi olan Migel Arias Kanyeteni Tehranda qəbul edən İran hökuməti nümayəndələri ona bildiriblər: “Nüvə müqaviləsinə əməl eləməyə davam edərik. Lakin Amerika sanksiyalarından görəcəyimiz zərəri Avropa İttifaqı ölkələrinin ödəməsi şərti ilə”.
İran Atom Energetikası təşkilatının sədri Əli Əkbər Salehi deyib: “İran Avropa İttifaqına söz verib ki, nüvə müqaviləsinə bundan sonra da əməl edəcəkdir. Lakin Tehran Amerikanın sanksiyaları nəticəsində ona dəyəcək zərərin, Avropa İttifaqı ölkələri tərəfindən ödənilməsini şərt qoyur. Aİ-nin bizə təqdim elədiyi planı həyata keçirəcəyinə ümidvarıq”.
Qərb mətbuatının yazdığına görə, Aİ ilə İranın nüvə müqaviləsinə sadiqlikləri ilə əlaqədar tərəflər noyabr ayında yüksək səviyyəli konfrans keçirəcəklər. Avropa Komissiyası da avropalıların Amerika sanksiyalarına əruz qalmadan İranla əməkdaşlıq eləməsi ilə bağlı üçmərhələli plan qəbul ediblər.