​Muqabe Zimbabvenin prezidenti postunu tərk etməyə razılaşıb

Zimbabve prezidenti Robert Muqabe dövlət başçısı postunu tərk etməyə razılıq verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.  
Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi də xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb.
Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.