Münbiçdə şeytani ABŞ-PKK-İŞİD işbirliği!

Baxış sayı:
7729

Haber 7-nin yazarı Taha Dağlı bugünkü köşəsində Suriyanın Münbiç şəhərində AB-lı əsgərlərə qarşı törədilən terror hücumu ilə bağlı çok maraqlı detalları qələmə alıb... Taha DAĞLI / Haber 7 4 Amerikalının öldüyü Münbiçdəki hücumun ilginc detalları var. Münbiç 2016-nın iyun ayına qədər İŞİD terrorçularının işğalındaydı. Sonra PKK gəldi, İŞİD çəkildi, şəhər PKK-nın işğalına girdi. İŞİD terrorçuları aradan geçen 2,5 illik fasilədə ilk kez Münbiçdə ortaya çıxdı. Həm də Amerikan əsgərlərini hədəf alan bir hücumla. İŞİD-ı 2,5 il sonra Münbiçdə terror hücumu törətməyə vadar edən səbəb nə idi? Çünki bu hücum tam da Trampın Suriyadan çəkilmə qərarı verdiyi bir dönəmdə yaşandı. Bundan başqa, Türkiyənin də Münbiçi də əhatə edəcək şəkildə Fəratın şərqinə yönəlik əməliyyatın öncəsində bu hücumı meydana gəldi. ABŞ-da Suriyadan çəkilmə məsələsində ciddi fikir ayrılıqları vardı. Tramp 20 dekabrda “Suriyadan çəkilirik” dedikdən sonra Pentagondakı neo-conlar çəkilmə qərarına qəti mövqe ilə qarşı çıxdı. Münbiçdəki İŞİD hücumu Amerikadakı fikir ayrılığını daha da kəskin hala gətirdi. Washington bu an ikiyə bölünmüş durumdadır. Trampın “çəkilmə” qərarına əvvəldən bu yana qarşı çıxanlar Amerikan əsgərlərinin öldüyü İŞİD hücumundan sonra “baxın, İŞİD hələ də bitmədi, ona görəSuriyada qalmağımız şərtdir” fikrinə çox ciddi bir bəhanə tapmış oldular. Başqa tərəfdən, Trampın çəkilmə qərarını dəstəkləyənlər 4 Amerikalının ölümünden irəli gedərək, “Bu müharibə bizim müharibəmiz deyil, amma ölənlər bizim adamlarımızdır” deyərək çəkilmənin artık qaçınılmaz olduğunu bildirirlər. Münbiçdə 2,5 il sonra ortaya çıxan İŞİD bu terror hücumu ilə kimə necə xidmət etmiş olur? Münbiç Suriyadakı Amerikan əsgərlərinin ən güclü olduğu yerdir. ABŞ əsgərlərinin ən böyük bazalarından biri burada yerləşir. Münbiç küçələrində hər gün Amerikan zirehli texnikaları patrul olaraq gəzir. Ayrıca PKK terrorçuları da Münbiç küçələrindədir. Belə bir vəziyyətdə İŞİD terrorçusu necə oldu ki, şəhər mərkəzinə sıza bilir ve üzərindəki partlayıcılarla Amerikalıların yemek yediği ve hətta toplantı keçirdikləri restoranda terror hücumunu gerçəkləşdirə bilir? Bu hücumun məqsədi Amerikan əsgərlərinin Suriyada qalmasını təmin etməkdirsə, bu bir PKK-İŞİD ortaqlığının məhsulu da ola bilər. Çünkü iki terror təşkilatı Rakkada ortaq hərəkət etmişlərdi, Kamışlıda və Afrində də onun kimi. Belə bir örnək verə bilərik. PKK-nın əlində ən az 3000 İŞİD terrorçusu əsirdir. Bir terror təşkilatı bir başqa terror təşkilatının terrorçularını sözdə həbsxanasında saxlayır. Bunlardan bir qismini ötən fevral ayında “Zeytun Budağı”ı hərəkatı davam edərkən buraxıb, Türk əsgərinə qarşı gerçəkləşdirmələri məqsədi ilə Afrinə yollamışlardı. Bu gün Amerikanın Suriyadan çəkilməsiylə ən ağır zərbəni alacaq olan PKK, çəkilmə prosesini baltalamaq məqsədiylə İŞİD terrorçularının Münbiçdə bir hücum həyata keçirməsinin də önünü açmış ola bilər. Təbii ki, PKK belə bir şey etmişsə, bu, “Suriyada qalaq” tezisini müdafiə edən Amerikalılardan gizli həyata keçirilmiş bir aksiya ola bilməz. Hər kəs çox gözəl bilir ki, İŞİD deyilən terror təşkilatı bir yerlerden icazə almadan Amerikan əsgərlərinin ən güclü olduğu yerde Amerikan əsgərini öldürə bilməz. Bəli, ortada iki tezis var. ABŞ hücumu bəhanə edib, Suriyada qalmağa davammı edəcək, yoxsa yenə bu hücumu bəhanə edib edi, ''daha çox əsgər itkisini önləmək'' adına Suriyanı tərkmi edəcək? Görünən tezislər bunlardır. Bir de görülməyən, gündəmə gətirilməyən, amma araşdırılması vacib olan bir nəticə daha var. Suriyada qalmağı 'təhlükəsizlik'' səbəbi ilə üzərinə oturdan Amerika, ən güclü olduğu şəhərdə öz əsgərini belə qoruya bilmirsə, Suriyalıların təhlükəsizliyini necə qoruyacaq? Hazırladı: Müxalifət.az