Münbiçdə fəallıq artıb! ABŞ TƏLİMLƏRƏ BAŞLAYIB

Baxış sayı:
4252

ABŞ-ın Münbiç qəsəbəsində yeni qurduğu hərbi bazalardakı hərəkətlilik davam edir. Regionda ABŞ-lı əsgərlərin terrorçulara təlim verdiyi anın görüntüsü ortaya çıxıb.
 
Hərbi bazada olan birlikdəki ABŞ əsgərləri PKK/YPG-li terrorçulara yeni silahlar haqqında təlim verir. Son olaraq bazada yarı çılpaq bir halda Amerikalı əsgərin, PKK/YPG-li terrorçulara İsrail və ABŞ firmalarının birgə istehsal etdiyi müasir topların hədəf seçmə sistemi haqqında təlim verdiyi görüntülənib.
 

CONİLER XƏNDƏK QAZIR
 
Qeyd edək ki, ABŞ-ın Münbiçdə 2 yeni baza yaratdığı iddia edilmişdi. Çəkilən görüntülərdə Münbiçdəki Amerikan əsgərlərinin mövqe qazıb, səngər hazırladığı görsənir.
Müxalifət.az