“Münbiç təmizlənərsə, Rakka yolu açılar”

Baxış sayı:
4297

Suriyada Rakka Yerli Məclis sədrliyi üçün 18 noyabrda keçirilən seçkidə qalib gələn Fayez el-Ghada ilk müsahibəsini verib. Suriya və Rakka haqda açıqlama verən Ghada, Münbiç PKK-dan təmizləndiyi təqdirdə Rakkanın qurtuluşuna gedən yolun açılacağını deyib.
 
ABŞ-ın Rakka-nı əldə saxlamaq üçün Münbiçdə baş qatma strategiyası güddüyünə işarə edən Ghada, bu məlumatları verib:
 
850 MİN NƏFƏR GEDİB
 
"İŞİD bəhanəsi ilə başlanılan Rakka əməliyyatı səbəbi ilə 850 min mülki əhali rayondan qaçdı. Bu ana qədər ABŞ və PKK icazə vermədiyi üçün tək bir şəxs belə evinə qayıtmadı. PKK-lı terrorçular coğrafi işğalla razılaşmayaraq xalqın izzət və namusuna da hakim oldu. Əslində PKK-lılar özlərini təhlükəsizlikdə hiss etmədiklərinə görə, Rakka və Deyrizor bölgələrindən qaçmaq istəyir. Onları orada qalmağa ABŞ zorla inandırmağa çalışır".
 
TSQ MÜTLƏQ GİRƏCƏK
 
"İŞİD-ı əsas göstərənlər Rakka-nı on minlərlə ton bombayla tamamilə xarabalığa çevirdi. Şəhər 3 il ərzində ABŞ və tərəfdaşları tərəfindən bombalanıb. Sonra şəhərə girdilər və ilk əvvəl İŞİD-çı terrorçuları avtobus və yük maşınlara doldurub, etibarlı bir şəkildə oradan çıxarıblar. Bu zaman Rakka xalqı tarixin ən böyük qeyri-müəyyənliyinə sürükləndi. Bir milyona yaxın insan evindən, işindən, gələcəyindən qoparılaraq sürgün edilib. ABŞ nə tək bir vətəndaşın qayıtmasına imkan verir, nə də yox edilən məktəb, məscid, ev, soba və xəstəxanaların bərpasına icazə verir. Əgər Türk əsgəri Fəratın şərqinə yerisə, gözlədiyindən çox daha böyük xalq dəstəyi yanlarında olacaq. Bundan heç bir Türk qardaşımızın şübhəsi olmamalıdır. Türk ordusu və ASO bir gün mütləq Rakkaya da girəcək".
Müxalifət.az