Münasibətlər gərginləşir: ABŞ-ın 6-ci Donanması Aralıq dənizində

Baxış sayı:
12598

 Güc və imtiyaz yarışında ABŞ ilə Rusiya arasındakı münasibətlər hər ötən gün gərginləşərkən, Amerikanın döyüş gəmilərinin Aralıq dənizinə göndərildiyi qeyd olunub.
 
Rusiyanın həmlələrinə qarşı bölgədə aktiv olacağının siqnalını verən ABŞ, təyyarə gəmilərini Aralıq dənizinə göndərib.
 
Hücum qrupu müşayiət edib
 
 Suriya və Şərqi Aralıq dənizində Rusiya ilə ABŞ arasındakı güc və imtiyaz yarışı hər keçən gün təhlükəli ölçülərə çatır.
Amerikanın televiziya kanalı CNN, 6-ci Donanmaya bağlı Abraham Linkoln təyyarə gəmisinə, John C. Stennis təyyarə gəmisi ilə hücum qrupunun müşayiət etdiyini bildirib.
Bu iki təyyarə gəmisinin təlim etdiyi bildirilir. Bu təlim Rusiyaya qarşı bir güc nümayişi mənasına gəlir.
CNN-in bölgəyə göndərdiyi müxbirləri təlimdən görüntüləri də bölüşüb.
ABŞ Dəniz Qüvvələri Komandanı Ceyms Foggo, "Potensial rəqib tərəfindən çəkindiricilikdir. Amerikalıların və eyni zamanda müttəfiqlərimizin maraqlarını dəstəkləyəcəyik" deyib.
ABŞ-ın bu həmləsi gərginliyin yüksəldiyi vəziyyətdə müharibə etməkdən çəkinməyəcəyi mesajını verdiyi anlamına gəlir.
Müxalifət.az