Müəmmar Qəddafi “xortlayıb” – Tunisdə «gəzinti» zamanı qeydə alınıb… - FOTO

Baxış sayı:
24133

Sosial şəbəkə istifadəçilərindən biri «Tvitter»də Liviyanın sabiq lideri Müəmmar Qəddafiyə oxşayan bir kişinin fotosunu dərc edib. Şəkil Tunisin cənubunda Mədinə de Tunis kvartalında çəkilib.

Post sentyabrın 4-də ərəb jurnalist tərəfindən dərc olunub. O, fotodakı kişinin sabiq Liviya lideri Qəddafi ilə heyrətamiz oxşarlığını qeyd edib. Qəddafinin oxşarının gerçəkdə kim olduğu məlum deyil.

Xatırladaq ki, Liviyanın prezidenti Müəmmar Qəddafi 2011-ci ildə Siirtdə əsir götürüləndən sonra öldürülüb. Onun həlak olmasının təfərrüatları sənədləşdirilib və şəbəkəyə yerləşdirilib. O da məlumdur ki, ölümündən qabaq onu təhqir ediblər.

image002

image001