​Müəllimlər üçün onlayn kalkulyator: Maaşınızı hesablayın

Baxış sayı:
5407

Əməkhaqlarının artırılması ilə əlaqədar qanunvericilikdə edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində müvafiq düzəlişlər edilib.
Muxalifet.az xəbər verir ki, müəllimlər Təhsil Nazirliyinin internet saytının "Aktual keçidlər” bölməsindən "Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablama imkanı əldə edə bilərlər. Bunun üçün "Onlayn kalkulyator” keçidinə daxil olaraq müvafiq məlumatlar qeyd edilməli və "hesabla” düyməsi seçilməlidirlər. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları "Hesablama” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsi ilə əldə edə biləcəklər.
Onlayn kalkulyator xidmətinin yenilənməsinin məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılması və xidmət məmnunluğunun yüksəldilməsidir.
Qeyd edək ki, bu xidmət 2016-cı ilin dekabr ayından müəllimlərin istifadəsinə verilib.