​Müəllimlər aclıq aksiyasına başladı – “MƏKTƏB YARARSIZDIR...”

Ermənistanda Varges Petasyan adına orta məktəbin müəllimləri aclıq aksiyasına başlayıblar.
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, müəllimlər məktəbin istifadəyə yararsız olduğunu bəyan ediblər.
"2017-ci il sentyabrın 25-də Varges Petasyan adına məktəbin valideyn şurasının sədrlərinin iclasında qərara alınıb ki, bu il sentyabrın 26-dan aclıq aksıyasına başlanılsın. Bizim tələblərimiz bunlardan ibarətdir: məktəbin bərpası və ibtidai məktəbi dərhal qonşuluqda yerləşən məktəb binalarından birinə köçürmək".