Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ

Baxış sayı:
14233

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.

Təhsil Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, əlavə yerləşdirmə zamanı uğur qazanan namizədlər sentyabrın 10-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Zəruri sənədlər sırasına şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış və kadrlar uçotunun şəxsi vərəqəsi daxildir.

Qeyd edək ki, sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib.