"MÜHÜM NAİLİYYƏTLƏR GƏTİRƏCƏK" - Ərdoğan maddə-maddə sadaladı

Baxış sayı:
2170

Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib.

Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirən prezident Ərdoğan Suriyanın İdlib bölgəsində baş verənlərin əsas müzakirə mövzusu olduğunu bildirib. Bu il Türkiyədə keçiriləcək Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası üçün Putini Türkiyəyə dəvət elədiyini söyləyən Ərdoğan Rusiya Federasiyası ilə iqtisadi, ticarət, sənaye, turizm, enerji sahələrində irimiqyaslı danışıqlar apardıqlarını bildirib.

Ərdoğan deyib: “Suriya və İdlibdəki hadisələr ikitərəfli münasibətlərimizə mənfi təsir eləməkdədir. Bu anlayışla mühüm addım ataraq, atəşkəs razılaşması əldə elədik. Buradakı üç maddə mühümdür. 2020-ci il 6 mart tarixində, saat 00.01-dən etibarən qüvvəyə atəşkəslə bağlı yoldaşlarımız məsələni meydanda da izləyirlər”.

Qüvvəyə minən atəşkəsin bir neçə sahədə mühüm nailiyyətlər gətirəcəyini söyləyən Ərdoğan onları sadalayıb:

1. Türkiyənin sərhədlərinin rejim və terror hücumlarından daha yaxşı mühafizə edilməsinə xidmət edir.

2. İdlib bölgəsində sabitliyə və vəziyyətin normallaşmasına zəmin yaradır.

3. Oradakı Türkiyə hərbçilərinin təhlükəsizliyini təminat altına alır.     

4. Dinc sakinlərin qorunması üçün mühüm addımdır.

Hurriyyet.org