"MÜHARİBƏYƏ BAŞLAMAQ LAZIMDIR" - Məcburi köçkün təşkilatları prezidentə müraciət etdilər – MƏTN

Baxış sayı:
2090

İşğal olunmuş rayonların ictimai birliklərinin birlikdə iclası keçirilib.

Muxalifet.az xəbər verir ki, iclasda iştirak edən nümayəndələrin Ali Baş Komandana müharibə tələbilə müraciət imzalandı.

Müraciətdə deyilir:

Cənab Ali Baş Komandan!

Qarabağın 28 ildir işğalda qalması, sülh danışıqlarının heç bir fayda verməməsi, işğalçı ermənistanın torpaqlarımızda məskunlaşma siyasəti aparması və öz ərazilərimizdə əsgərlərimizi qətlə yetirməsi bizi hiddətləndirir.

Sülh danışıqlarının heç bir fayda verməməsi, ATƏT in minsk qrupunun yarıtmaz fəaliyyəti göz qabağındadır.

Odur ki Qarabağda antiterror əməliyyatının başlamasının zəruri olduğunu nəzərə alaraq tələb edirik.

1. Sülh danışıqları dayandırılsın, ATƏT in minsk qrupunun fəaliyyətinə xitam verilsin.
2. Qarabağda antiterror əməliyyatlarına başlanılsın, qarabağ döyüşlərində iştirak etmiş və qarabağın coğrafi mühitinə bələd olan vətəndaşlar orduya cəlb edilsin.
3. Azərbaycanın ərazi bütövlüyü təmin edilsin.

Sonda Toplantı iştirakçılarının qərarı ilə içtimai birliklərin kordinasiya şurası yaradılıb.