Müharibəyə 41 metr qaldı: DÜNYA NƏHƏNGLƏRİNİN TƏHLÜKƏLİ RƏQSİ

Baxış sayı:
6622

Amerikan ordusu tərəfindən çəkilən peyk görüntüləri, Çin döyüş gəmisi ilə Amerikan hərbi gəmisinin toqquşmaya nə qədər yaxın olduqlarını nümayiş etdirib.
 
Bazar günü Çin döyüş gəmisinin Amerika gəmisinə Cənubi Çin dənizində əngəl olma cəhdləri bildirilmişdi.
Amerikan donanması hadisənin görüntülərini bölüşüb. Amerika rəsmiləri Çin gəmisinin 41 metrə qədər yaxınlaşdığını bəyan edib. Çin döyüş gəmisinin Amerika gəmisinə bölgədən ayrılması üçün təhlükəli və aqressiv hərəkətlər etdiyi qeyd olunub.
CNN-ə peyk görüntülərini qiymətləndirən Amerika donanmasında 12 il xidmət etmiş bir səlahiyyətli gəmilərin demək olar ki, çarpışmaq üzrə olduğunu bildirib.
ABŞ gəmisinin münaqişəli Spartly Adalarının beynəlxalq hüquqa görə 12 dəniz mili olan quru sularına girməsindən sonra Çin döyüş gəmilərinin tədbirlər həyata keçirdiyi qeyd olunur. ABŞ Donanması da, USS Decatur-un bazar günü bölgədəki ölkələr arasında münaqişə mövzusu olan Spartly Adalarının 12 mil quru sularına girdiyini açıqlamışdı.
 
HADİSƏDƏN SONRA MATTIS, ÇİN SƏFƏRİNİ LƏĞV ETMİŞDİ
 
Digər tərəfdən, oktyabr ayında Çinə səyahət etməsi planlaşdırılan müdafiə naziri Ceyms Mattisin, Pekin səfərini ləğv etdiyi ortaya çıxıb.
Pentaqondan açıqlama verən bir səlahiyyətli, səfərin ləğv edildiyini təsdiqləyib.
Səlahiyyətli, detallara varmayaraq səfərin, Çin ilə ABŞ arasında son zamanlarda yaşanan gərginlik səbəbindən ləğv edildiyini deyib.
Müxalifət.az