​"Müharibənin bitməsi üçün Ər-Riyad da burada olmalıdır"

Baxış sayı:
4915

İsveçin Yohannesburq sarayında Yəmənlə bağlı keçirilən iclasda husiləri təmsil edən Səlim əl-Muqlis ölkədəki müharibənin dayanması üçün görüşlərdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də təmsil olunmasını istəyib.
Muxalifet.az xəbər verir ki, bu barədə husilərin “Əl-Məsirə” televiziyası məlumat yayıb. Husilərin təmsilçisi Hudeydə, Taiz və digər şəhərlərdə atəşkəsin təmin olunması üçün adıçəkilən tərəflərin iştirakının vacib olduğunu bildirib. O, Səudiyyə Ərəbistanı və BƏƏ-nin görüşlərdə iştirak etməsi üçün təzyiq məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edəcəyini söyləyib.
Qeyd edək ki, dekabrın 6-da Yəməndəki vətəndaş müharibəsini sonlandırmaq məqsədilə İsveçdə BMT liderliyində müzakirələr başlayıb. Görüşlərdə girov və məhbusların azad edilməsi, humanitar yardımların çatdırılması məsələləri müzakirə edilir.
Xatırladaq ki, 2014-cü ildə Yəməndə başlayan vətəndaş müharibəsində Səudiyyə Ərəbistanı və BƏƏ böyük rol oynayır. Səudiyyə Ərəbistanı liderliyindəki ərəb koalisiyası 2015-ci ilin mart ayından Yəmən hökumətinə dəstək verir.