​Müharibənin 50 il əvvəl ayırdığı ailələr görüşəcək

Baxış sayı:
2341

Koreya müharibəsi zamanı ayrı düşmüş ailələrin görüşü üçün hazırlıq prosesinə start verilib.
Modern.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, avqustun 20-26 tarixlərində keçiriləcək görüşün Şimali Koreya ərazisində yerləşən Kımqansan kurort bölgəsində keçirilməsi planlaşdırılır.
Koreya Respublikası Qırmızı Xaç heyəti görüşün şərtlərini razılaşdırmaq üçün KXDR-ə gəlib.
Bu görüşdə hər iki tərəfdən bir-birini 50 il ərzində görməmiş ümumi 250 insanın iştirak edəcəyi planlaşdırılıb.
Bu şəxslərin görüşünün iki mərhələdə keçiriləcəyi bildirilir.
Qeyd edək ki, bu görüşün keçirilməsi barədə razılıq Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə iyun ayında tərəflərin Kımqansanda keçirilən görüşündə əldə edilib. İyul ayında isə Şimal və Cənub görüşəcək şəxslərin siyahısını dəqiqləşdiriblər. Tək Cənubi Koreyada müharibə nəticəsində ailə üzvlərindən ayrı düşmüş 57 min insanın olduğu bildirilir.