​“Müharibə üçün bir əsas yoxdur” – XAMENEİ

Baxış sayı:
5176

Xameneİranın ali dini lideri ayətullah Əli Xamenei Birləşmiş Ştatlarla mümkün müharibə ehtimallarını şərh edib.
RİA “Novosti” xəbər verir ki, onun sözlərinə görə, İran tərəfi ABŞ-a qarşı müqavimət göstərməkdə davam edir, lakin müharibə olmayacaq.
“Müharibə üçün bir əsas yoxdur”, – deyə Xamenei bildirib.
O əlavə edib ki, hərbi qarşıdurma ABŞ-ın maraqları daxilində deyil. Xamenei qeyd edib ki, belə olacağı təqdirdə İran Amerikadan daha güclü çıxacaq.