MÜHARİBƏ TƏHLÜKƏSİ! - İmran Xandan Hindistana sərt xəbərdarlıq

Baxış sayı:
6340

Pakistanın baş naziri İmran Xan əhalisinin 90 faizi müsəlman olan Cammu və Kəşmirin xüsusi statusunu heç kimlə hesablaşmadan ləğv edən Hindistana etirazını çox sərt şəkildə bildirib. Pakistan prezidentinin “Müharibə etmək məcburiyyətində qalsaq, geri addım atmayacağıq” açıqlamasından sonra Xan Hindistanın faşist taktikasının əhalinin mübarizəsini dayandıra bilməyəcəyini deyib.

İmran Xan “Tvitter” hesabındakı paylaşmasında yazıb: “Faşist hindli (Narendra) Modi hökuməti bilməlidir ki, ordular yaraqlılar, terrorçular və üstün qüvvələr tərəfindən məğlub edilə bilsə də, tarix bizə bir millətin azadlıq mübarizəsində birləşdiyini və ölməkdən qorxmadığını da göstərir. Heç bir qüvvə onun bu hədəfinə çatmasını əngəlləyə bilməz. Modinin lideri olduğu Yeni Dehli hökumətinin faşist taktikaları ilə kəşmirlilərin azadlıq mübarizəsini boğmaq cəhdi acınacaqlı bir şəkildə uğursuzluğa uğrayacaq”.