Müharibə Səudiyyə torpaqlarına keçdi: 2000 əsir, 200 ölü, 3 alay və... - ŞOK GÖRÜNTÜLƏR / FOTO/VİDEO

Baxış sayı:
14080

Yəməndəki Husi qiyamçıları Səudiyyə Ərəbistanının ərazisində keçirdiyi əməliyyatlarda yüzlərlə Səudiyyə əsgəri də daxil olmaqla, minlərlə koalisiya əsgərini əsir götürdüklərini iddia etmişdilər.

Husilərə məxsus “Almasirah” televiziya kanalı koalisiya əsgərlərinin və əməliyyatların görüntülərini yayıb.

Husilərin hərbi sözçüsü Yahya Seri təşkil etdiyi mətbuat konfransında Səudiyyə Ərəbistanının cənub sərhəddində yerləşən Nəcran şəhərində keçirdiyi genişmiqyaslı hərbi əməliyyatda iki mindən çox koalisiya əsgərini əsir götürdüklərini, 200-dən çox əsgəri öldürdüklərini iddia etmişdi. Seri ərəb koalisiyasının üç alayının darmadağın edildiyini və yüzlərlə zirehli texnikanın ələ keçirildiyini söyləyib.

Səudiyyə Ərəbistanı hakimiyyəti isə iddia və görüntülərlə bağlı hələlik rəsmi şərh verməyib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun obyektləri silahlı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücuma görə məsuliyyəti Husilər üzərinə götürüblər.//publika