​Müharibə Pentaqona BAHA BAŞA GƏLDİ

Baxış sayı:
253

Muxalifet.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 11 sentyabr hücumlarından bəri “Terrorla mübarizə” proqramı çərçivəsində 1,5 trilyon dollar xərclədiyini iddia eləsə də, Corc Buşun başladığı terrorla mübarizə siyasətinin alman hökumətinə 2019-cu ildən bəri, demək olar ki, 6 trilyona başa gəldiyi bildirilir.
Pentaqon mart ayında yaydığı “Müharibənin maliyyəsi” adlı hesabatında 11 sentyabr 2001-ci il ilə 31 mart 2018-ci il tarixləri arasında terrorla mübarizə çərçivəsində Yaxın Şərqdə aparılan əməliyyatlarda təqribən 1 trilyon 500 milyard 800 milyon dollar xərclədiklərini iddia eləmişdi. Hesabatda bu məbləğə 2002-ci ildə Əfqanıstanda, 2003-cü ildə İraqda və 2014-cü ildən bəri Suriyada aparılan əməliyyatların xərclərinin də daxil olduğu bildirilmişdi.
Lakin Vaşinqton İnstitutu ilə Rod Aylend ştatındakı Braun Universitetinin birlikdə apardıqları, “ABŞ-ın 11 sentyabrdan sonra 2019-cu ilə qədər apardığı müharibələrin büdcə maliyyəsi” başlıqlı araşdırması Pentaqonun sadəcə adı çəkilən ölkələrdə ABŞ ordusunun əməliyyatlarını hesaba aldığını, terrora ayrılan başqa hərbi maliyyə vəsaiyinin bu hesaba daxil edilmədiyini müydana çıxarıb.
Hesabatda deyilir: “ABŞ 2019-cu il maliyyə ilində terrora qarşı müharibə üçün birbaşa hərb və ya hərblə əlaqədar xərclər də daxil olmaqla, 11 sentyabrdan sonra müharibə xərcləri də daxil olmaqla, ümumilikdə 5,9 trilyon dollar xərcləyib və ya xərcləməlidir”.