​“Müharibə başlayan kimi hamı qaçacaq, Ermənistan...” – Düşmən ölkə üçün MƏHVEDİCİ SSENARİ

Baxış sayı: 256

İyunun 15-də erməni hərbi birləşmələri cəbhədə yeni təxribata əl atdı. Azərbaycan Ordusu bir şəhid verdi. Bundan sonra ordumuzun düşmən təxribatına cavabı nəticəsində Ermənistan ordusunun 6 əsgəri məhv edildi. Bu, düşmənə layiqli cavab idi. Azərbaycanın sərt cavabı Ermənistanda hakimiyyətə qarşı etirazların artmasına səbəb olur. Erməni cəmiyyəti hakimiyyəti satqınlıqda və ordudakı özbaşınalığa görə ittiham edir. Həmçinin, İrəvanda yeni müharibənin başlaması xofu da artır.
Erməni jurnalist Sarqis Artsruni yazır ki, Ermənistanın çıxış yolu yalnız sülhü dəstəkləməkdir: “Çünki yeni müharibənin nəticələrinə ölkə olaraq dözə bilməyəcəyik”.
Erməni jurnalist qeyd edir ki, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici olacaq.
“İlk növbədə ciddi demoqrafik problem yaşanacaq. Çünki insanlar kütləvi şəkildə qaçacaqlar. Digər tərəfdən, iqtisadiyyatımız da buna dözməyəcək. Bu baxımdan, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici nəticələr doğuracaq”, - deyə o bildirib.S.Artsruni həmçinin, İrəvanın Moskvaya bel bağlamağının uçuruma aparan yol olduğunu vurğulayıb. Onun fikrincə, Ermənistanı yalnız özü xilas edə bilər: “Bunun da yolu sülhdən keçir, çünki sülhün aternativi yoxdur”. /publika.az/