“Müharibə Allahı” ABŞ-ı DƏHŞƏTƏ SALDI – Hər şeyi məhv edəcək - FOTO

Baxış sayı:
3364

Rusiya istehsalı “Tülpan” minaatanı və “Pion” qaubitsası düşmənin bütün hərbi texnikasını və canlı qüvvəsini məhv etməyə qadirdir.
“İzvestiya” nəşri xəbər verir ki, bu haqda ABŞ-ın “The National Interest” jurnalının məqaləsini şərh edən hərbi ekspert İqor Nikulin bildirib.
Amerika nəşrinin yazdığına görə, Rusiya özünün “Müharibənin Allahı”nı - ağır artilleriyanı müasirləşdirir. Məqalədə söhbət “Tülpan” və “Pion”lardan gedir.
“Bunlar kifayət qədər məşhur silahlardır. Öz imkanları üzrə Amerikanın analoji silahlarının imkanlarını ötür. Ola bilər ki, buna görə də onlarda qorxular yaranır”, - Nikulin deyib.