Mühacirətdə olan lider Krım tatarlarına müraciət etdi

Refat Chubarov: "Rusiya tərəfindən istənilən hərəkət istisna deyil"

Krım tatarlarının lideri Refat Chubarov Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra vəziyyətin pisləşməsinə baxmayaraq soydaşlarını yarmadanı tərk etməməyə çağırıb.

O martın 24-də Avropa Parlamentində çıxış edərkən Krım tatarlarının keçmiş Sovet diktatoru Stalin rejimi dövründə sürgün edilməsini xatırladıb və qeyd edib ki, yarmadanın ilhaqından sonra xalqların sürgün edilməsi də daxil olmaqla, Rusiya tərəfindən istənilən bu cür hərəkəti istisna etmədiklərini deyib.

Qeyd edək ki, Chubarov demək olar ki, hazırda mühacirətdə yaşayır və Rusiya hakimiyyəti onun Krıma girməsini qadağan edib.

Krım tatarları Krımın Rusiyaya birləşdirilməsinə qarşıdır.