Müğənni Vasif Məhərrəmli polisə şikayət etdi

Baxış sayı:
12589

Əməkdar artist Vasif Məhərrəmli polisə müraciət edərək  instaqramda ünvanına təhqir yazan izləyicilərdən şikayətçi olub.

Bu barədə ifaçının özü xəbər yayıb.
 
Müğənni sözügedən şəxsin fotosunu paylaşaraq onun Moskavada yaşadığını qeyd edib. Vasif Rusiyada yaşayan dostlarından xahiş edib ki, Ruslan adlı bəyi tapmaqda köməklik göstərsinlər:
 
“Bu şəxsin yerini bilən varsa, mənə desin. Adında uçub gələcəyəm. Ondan rəsmi qaydada şikayət edirəm. Səni hava limanından birbaşa polisə gətirəcəklər, orada görüşərik”.