​Müğənni eks-arvadını oğlanlarının gözü qarşısında döydü - FOTO

Baxış sayı:
12712

"Duman" qrupunun solisti Kaan Tangöze keçmiş xanımı, model Seçkin Pirileri döyüb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Solist modelə iki övladının qarşısında şiddət göstərib. Bundan sonra Seçkin Etiler Polis Şöbəsinə müraciət edib.
O, şikayət ərizəsində keçmiş əri tərəfindən təhqir, şiddət və şantaja məruz qaldığını qeyd edib. Polis şöbəsindən çıxan Piriler KİV nümayəndələri ilə qarşılaşıb. Model sualları cavabsız qoyaraq xəstəxanaya gedib. Qeyd olunub ki, S. Pirilerin üzündə şiddəti əks etdirən izlər olub.
Xatırladaq ki, Kaan evli olarkən Kıvılcım Uralla tanış olub, daha sonra ailəsini dağıdaraq onunla evlənib. Hətta cütlüyün qısa müddətdə qız övladları dünyaya gəlib. Yaşananlardan sonra Piriler iki oğlunun ataları ilə görüşməsinə icazə verməyib.
Bundan əlavə, Seçkin K.Uralın onu təhqir etdiyini bildirərək məhkəməyə müraciət edib. Kaanın ötən günü Seçkinin evinə xanımı ilə bağlı getdiyi, şikayətini geri götürməsini tələb etdiyi qeyd olunub.
Müğənni eks-arvadını oğlanlarının gözü qarşısında döydü - FOTO