Müğənni Cəmilə: "İlk dəfə "yubka" qaldırmağı mən etmişəm” - VİDEO

Baxış sayı:
6871

“Dördqat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən vururam”.

Muxalifet.az xəbər verir ki, bu sözləri “Səhər-Səhər” verlişinə müsahibə verən Elit Star Cəmilə deyib. Sözügedən verilişdə “Plastik əməliyyatın qurbanları” mövzusu müzakirə olunub.

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə yubkanı mən qaldırmışam. Həqiqətən bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı saxlayıram. Həkimlərin birinə gedirəm səhv edir, gedirəm o biri onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni doğurdan pis etmişdilər”, - deyə Cəmilə etiraf edib.

Eyni zamanda müğənni başqalarının fikrinin onun üçün önəmli olmadığını deyib:

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm nəyi necə, harada edirəm. 88-90 faiz bütün qlobusu gəzmişəm. Azərbaycan, rus, inglis dilini bilirəm. Hələ gəlin mənim səviyəmə çatın, sonra danışarsınız. Kompüter arxasında oturanların bəziləri qozbeldi, bəziləri o qədər eybəcərdir ki, insan küçədə görsə, qorxar. Oturub şərh yazırlar... Dördqat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən vururam...”