Müdafiə Nazirliyinin avtobusuna basqın edildi - QARŞIDURMA

Baxış sayı:
6664

Ermənistanda ictimaiyyətlə ordu arasında qarşıdurma baş verib. Muxalifet.az publika.az-a istinadla xəbər verir ki, bir qrup gənc Müdafiə Nazirliyinə məxsus avtobusun qarşısını kəsərək, onu saxlayıb. Ardınca gənclər hərbi xidmətə yeni çağırışçıları aparan avtobusa daxil olublar və dava salıblar. Bu, məişət insidenti hesab olunsa da, Ermənistan mediası baş verənlərin siyasi mahiyyət daşıdığını yazırlar. Ehtimal olunur ki, avtobusu saxlayan gənclər "məxməri inqilab"da iştirak edənlərdir və onlar problemlərin güc yolu ilə həllinə alışıblar. Erməni şərhçi Aram Amatuni isə yazır ki, Ermənistanda inqilab tərəfdarları ilə ordu arasında ciddi qarşıdurma var və bu hadisə həmin qarşıdurmanın elementlərindən biridir.