​Müdafiə Nazirliyindən Əkrəm İmamoğluya xəbərdarlıq - YENİLƏNDİ

Baxış sayı:
10270

Türkiyənin “Posta” qəzetinin Ankara nümayəndəsi Hakan Çelik İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlunun Anıtqəbirə ziyarətinin detallarını və Milli Müdafiə Nazirliyinin bununla bağlı xəbərdarlığını şərh edib.
Jurnalist qeyd edib ki, bələdiyyə sədri ziyarət istəyi ilə bağlı Anıtqəbir İdarəsinə müraciət edib:
“Protokol xarakterli ziyarətlər Anıtqəbir İdarəsinə bildirilir. Anıtqəbiri ziyarət etmək sərbəstdir. Lakin çələng qoymaq, yaxud protokol məqsədli ziyarətlərdə mütləq şəkildə sözügedən idarəyə bildirilməlidir. İdarə isə Ali Seçki Qurumunun hələ ki, rəsmi qərarı olmadığında protokol ziyarətin mümkün olmadığını İmamoğluna bildirmişdi”.