​Müdafiə Nazirliyindən açıqlama: Bu, ermənilərin təxribatıdır

Baxış sayı:
2071

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes - Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı trend -in sorğusuna cavab olaraq bildirib:
“Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.
Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.