Müdafiə Nazirliyi: Hərbi qulluqçu erməni ordusu ilə döyüşdə həlak olmayıb

Baxış sayı:
3554

Azərbaycan Müdafiə Nazirliyi hərbçi Vüsal Yusifovun ölümü ilə bağlı məlumatı təsdiqləyib.

Lakin Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a bildirib ki, Vüsal Yusifov Ermənistan ordusu ilə atışmada ölməyib.

*** 11:25

Milli Məclisin deputatı Adil Əliyev Naxçıvanda bir Azərbaycan əsgərinin öldüyü barədə məlumat verib.

Virtualaz.org bildirir ki, millət vəkili bu barədə Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun yazdığına görə, Naxçıvanda, N saylı hərbi hissədə atəşkəsin pozulması nəticəsində Ordubad rayonu, Unus kənd sakini, müddətdən artıq həqiqi hərbi qulluqçu Yusifov Vüsal Nizami oğlu şəhid olub.

Virtualaz.org bu məlumatı şərh etmək istəyi ilə Azərbaycan Müdafiə Nazirliyinə sorğu göndərib. Tezliklə oxuculara Nazirliyin rəsmi mövqeyi təqdim ediləcək.