Müdafiə nazirindən “İdlib” və “Münbiç” açıqlaması

Baxış sayı:
3229

Türkiyənin müdafiə naziri Hulusi Akar, İdlib və Münbiç haqda açıqlama verib. Akar, idlibdəki prosesə münasibət bildirərkən, "İdlibdə geri çəkilmə həyata keçirilir, proses planlaşdırıldığı kimi davam edir, öhdəliklərimizi yerinə yetirəcəyik"deyib.
 
Akar, Türkiyə və ABŞ silahlı qüvvələri  müştərək patrul xidməti ilə bağlı təlimi haqqında, "Qısa müddət ərzində təlimlər başa çatacaq" deyə bildirib.
Müdafiə naziri Akar, "Münbiç Yol Xəritəsi və Təhlükəsizlik Prinsipləri əsasında aparılacaq birgə patrul yaxın bir zamanda başlayacaq" deyə söyləyib.
Müxalifət.az