​Müdafiə naziri NİYƏ ÖLDÜRÜLÜB? - Qatili danışdı

Baxış sayı:
5314

Türkiyənin keçmiş Milli Müdafiə naziri Ərcan Vuralxanın qatili danışıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, keçmiş Milli Müdafiə naziri Ərcan Vuralxanın qatili 4 il boyunca ona 650 min dollar və 350 min lirə verdiyini bildirib.
Qatil qətli törətməsinin səbəbini belə izah edib:
“Vuralxan məndən daha 2500 lirə verməyi tələb etdi. Ağlım başımdan çıxdı”.
Xatırladaq ki, dünən Sirkəçidə bir kafedə günorta vaxtı Türkiyənin keçmiş Milli Müdafiə naziri Ərcan Vuralxan Plastik şirkət sahibi olan Yüksək Qarababa tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisədən sonra polisə təslim olan Yüksək Qarababanın ifadəsi alınıb.