Müdafiə naziri erməniləri təşvişə saldı: Erməni generaldan şok etiraf

Baxış sayı:
3196

Ermənistanın Müdafiə nazir David Tonoyanın yeni əraziləri ələ keçirməklə bağlı bəyanatı doğru deyil.
 
Bunu “Tert.am”a açıqlamasında ehtiyatda olan erməni general Arkadi Ter-Tadevosyan deyib.
“Bir neçə il əvvəl mən daim deyirdim ki, bizim hücum haqqımız var, zaman elədir ki, biz gərək düşmənimizin gücünü bilək. Biz hazırda müdafiə mövqeyində yerimizi tutmuşuq, amma mən başa düşmürəm ki, necə hücum etmək olar. Azərbaycan neft çəlləklərinin üzərində oturub, hər hektarında neft qurğuları yerləşdirilib. Biz “İsgəndər”lə zərbə endirə bilərik, amma biz yalnız öz ordumuz və resurslarımızla hücum edə bilmərik. Burada diplomatiya çalışmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Müdafiə naziri David Tonoyan İlham Əliyevlə Nikol Paşinyanın Vyana görüşündən sonra ABŞ-da erməni icmasıyla görüşü zamanı Azərbaycanı təhdid edərək, yeni əraziləri işğal edə biləcəklərini söyləyib. Bundan sonra Azərbaycan Müdafiə naziri Zakir Həsənov Tonoyanın Ermənistan ordusunun gücündən xəbərsiz olduğu deyib:
“Mən bunu eşidəndə deyirdim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. Hücuma keçsəydilər, mən onunla İrəvanda görüşərdim. Lakin onların hücuma keçməyə imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm".