Mübariz Mənsimovun "Məmməd Əmin Rəsulzadə" tankeri batdı

Baxış sayı:
12303

Türkiyənin "Denizhaber" portalına məlum olub ki, Mübariz Mənsimovun bir ərzaq tankerindən quru yük vasitəsinə çevrilən gəmisi ilk səfərində başqa bir Doric Warrior gəmisi ilə toqquşub.

Virtualaz.org “Denizhaber”ə istinadən xəbər verir ki, toqquşma nəticəsində "Məmməd Əmin Rəsulzadə" gəmisinin kapitanı fəlakət  siqnalı verib.

Sahil mühafizəsinin baş idarəsi toqquşma yerinə üç yedək və üç xilasetmə gəmisi göndərib.

Hadisə ilə əlaqədar digər gəmi və tankerlərin hərəkəti və fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

** 00:52

Bir neçə həftə əvvəl iflas edən azərbaycanlı əsilli türk oliqarxı, “Palmali Dənizçilik”  gəmiçilik şirkətinin rəhbəri Mübariz Mənsimov Azərbaycanın müxalif mediasına verdiyi müsahibədə donanmasının yeni gəmisinə ilk Azərbaycan Respublikasının qurucularından biri Məmməd Əmin Rəsulzadənin adının veriləcəyini söyləmişdi.

Xatırladaq ki, daha sonra, Türkiyənin "Denizhaber" portalı tərəfindən aparılan bir araşdırma nəticəsində, yeni “Palmali” gəmisi olaraq təqdim edilən tankerin əslində 21 il əvvəl Rusiyanın Volqoqrad limanında qurulduğu ortaya çıxdı.  Bundan əlavə, tanker əvvəllər rüsvay olmuş keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası - Əhməd Mahmudovun şərəfinə onun adını daşımışdı.  Mahmudovun xüsusi xidmət orqanlarındakı  mütəşəkkil cinayətkar qrupu ifşa edildikdən sonra Mənsimov 6 min 600 ton ağırlığı olan gəmisini tələsik ADRİATİK MARİNER-ə çevirdi.

Türk jurnalistlər şərhlərində təəssüflə etiraf edirdilər: ““Palmali Dənizçilik” şirkətinin rəhbəri Mübariz Mənsimovun azərbaycanlıların səmimiyyətindən və milli hisslərindən sui-istifadə etməsi, parkındakı 21 illik köhnə gəmini yeni kimi qələmə verməsi, heç bir şərhə sığmır”.

Bir neçə saat əvvəl Türkiyə mediası bu tankerlə bağlı faciəli bir hadisə barədə xəbər yaydı. "Məmməd Əmin Rəsulzadə" gəmisi dünən Mərmərə dənizinin sularında yük üçün ilk səyahətə çıxıbmış.  Ancaq bir müddətdən sonra gəmi suyun dibinə gedib. Türk jurnalistləri buna səbəb kimi köhnə gəminin texniki nasazlığını göstərirlər.

İstintaq aparılır.

Spartak Həsənov (İstanbul)